Avtomobil sürücüsündən "beşbarmaq" və sərnişindən narkotik götürüldü

Avtomobil sürücüsündən "beşbarmaq" və sərnişindən narkotik götürüldü Bakıda avtomobil sürücüsündə beşbarmaq, bıçaq və sərnişində narkotik vasitə aşkarlanıb.
Hadisə
234
11 Aprel , 2020 12:56
Avtomobil sürücüsündən beşbarmaq və sərnişindən narkotik götürüldü

Bakıda avtomobil sürücüsündə "beşbarmaq", bıçaq və sərnişində narkotik vasitə aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, DİN Əlahiddə Çevik Polis Alayı və Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Mahmudovun idarə etdiyi “Opel” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 ədəd "beşbarmaq" və 1 ədəd bıçaq, sərnişini S.Mayılovdan isə narkotik vasitə olan politetilen aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi