Avtomobil sığortası olmayan sürücü qəza törətdi

Avtomobil sığortası olmayan sürücü qəza törətdi Bakı-Sumqayıt yolunda 3 avtomobil toqquşub.
Hadisə
1725
11 Avqust , 2020 21:49
Avtomobil sığortası olmayan sürücü qəza törətdi

Bakı-Sumqayıt yolunda 3 avtomobil toqquşub. 

"Report"un məlumatına görə, hadisə Sumqayıt şəhərinin girişində qeydə alınıb.

Belə ki, 90-PX-391 dövlət nömrə nişanlı "Ravon R3" markalı avtomobil, əsas yoldan gələn "Mercedes" markalı avtomobili gözləməyərək ona dəyib. "Mercedes" markalı avtomobil isə öz növbəsində yoldan çıxaraq "99-ST-017" dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilə yan tərəfdən çırpılıb. 

Hadisə nəticəsində hər üç avtomobilə ziyan dəyib. Qəza yerinə DYP əməkdaşları və təxliyə maşını gəlib. Yol polisinin araşdırmasına görə qəzanı törədən 90-PX-391 dövlət nömrə nişanlı "Ravon R3" markalı avtomobilin sürücüsünün avtomobil sığortası yox imiş. Həmin maşın cərimə meydançasına aparılıb.

Orphus sistemi