Yuxarı

Avtomobil qəzası törətmiş şəxs 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Hadisə 2014-cü il noyabr ayının 20-də Xocəsən qəsəbəsində baş verib

Bakı. 22 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirləndirilən Səbuhi Məmmədovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

“Report”un məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Məmmədov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2014-cü il noyabr ayının 20-də Abşeron rayonu Xocəsən qəsəbəsində baş verib. Gecə saat 01:00 radələrində Salyan şəhər sakini Səbuhi Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanan Bakı şəhər sakini Vilayət Vəliyevə məxsus “VAZ 2104”ə vurub. Zərbənin təsirindən maşın sonradan Sabirabad rayon sakini Teymur Həsənova məxsus “BMW” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində S.Məmmədov və T.Həsənov xəstəxanaya yerləşdirilib. T.Həsənov ölüb, S.Məmmədova ilkin tibbi yardım göstərilib.

S.Məmmədov Cinayət Məcəlləsinin 263-1.3-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi