Yuxarı
    Bağlamaq

    Abşeronda avtomobil ana və oğlunu vuraraq öldürüb

    Faktla bağlı araşdırma aparılır

    Bakı. 27 yanvar. REPORT.AZ/ Abşeron rayonunun Sulutəpə qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

    “Report” DİN-in rəsmi saytına istinadən xəbər verir ki, Gədəbəy rayon sakini Anar Əsgərov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Vüsalə Qəmbərovanı və onun oğlu Vaqifi vurub. Hər iki şəxs xəstəxanaya qaldırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi