Yuxarı
    Bağlamaq

    Avtomobil BakuBus avtobusunun qarşısını kəsib - VİDEO

    Mais Ağayev: Faktla bağlı Dövlət Yol Polisinə müraciət olunacaq

    Bakı. 8 iyun. REPORT.AZ/ Bakıda minik avtomobili BakuBus avtobusunun qarşısını kəsərək, onun hərəkəti etməsinə imkan verməyib.

    "Report"un xəbərinə görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

    O bildirib ki, BakuBusa məxsus 1 saylı marşrut avtobusu Qara Qarayev prospekti dayanacağından hərəkət edən zaman öz şəxsi avtomobilini (99 EH-075 nömrə nişanlı "Hyundai Sonata") avtobusun qarşısında saxlayan şəxs sürücünün xəbərdarlığına məhəl qoymayaraq hərəkəti ləngidib: "Eyni zamanda, həmin şəxs qayda pozuntusuna yol verdiyi halda öz qanunsuz əməlində israr edir. O, yalnız sərnişinlərin müdaxiləsindən sonara öz qanunsuz əməlindən çəkinir. Bu hadisə bir daha ictimai nəqliyyatın idarə olunmasında ictimai fəal sərnişinlərin və ictimai qınağın vacib və effektli olduğunu göstərir".

    M.Ağayev əlavə edib ki, faktla bağlı Dövlət Yol Polisinə müraciət olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi