Yuxarı

Avtobusun qapısını açıq qoyub sərnişinin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayıb

Məhkəmənin baxış iclası dekabrın 7-nə təyin edilib

Bakı. 30 noyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Taleh Məmmədovun cinayət işi üzrə məhkəməsi başlayıb.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 7-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il avqustun 2-də Yasamal rayonu ərazisində baş verib. Yevlax rayon sakini Taleh Məmmədovun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi "İsuzu" markalı avtobus hərəkətdə olarkən qabaq qapısı açıq olduğundan sərnişin, Ağsu rayon sakini Xəzəngül Sadıxova yıxılıb. Kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilən X.Sadıxova orada vəfat edib.

T.Məmmədov Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə ittiham olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi