Avtobuslarda 40-a yaxın sərnişinə qarşı cibgirlik edən şəxs tutuldu

Avtobuslarda 40-a yaxın sərnişinə qarşı cibgirlik edən şəxs tutuldu Bakıda sərnişin avtobuslarında 40-a yaxın sərnişinə qarşı cibgirlik edilib.
Hadisə
19 Fevral , 2020 13:11
Avtobuslarda 40-a yaxın sərnişinə qarşı cibgirlik edən şəxs tutuldu

Bakıda sərnişin avtobuslarında 40-a yaxın sərnişinə qarşı cibgirlik edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən sərnişin avtobuslarında çoxsaylı cibgirliklər edən şəxs saxlanılıb.

Əməliyyat tədbiri zamanı sərnişinlərin sıx olduğu vaxtlarda 81,12,46 və s. xəttlər üzrə hərəkət edən avtobuslarda cibgirlik edən paytaxt sakini, əvvəllər məhkum olunmuş Fərid Kərimov tutulub.

F.Kərimov ifadəsində 2019-cu ildən başlayaraq saxlanılan günə qədər avtobuslarda ümumilikdə qırxa yaxın sərnişinin cibindən pul, mobil telefon və digər qiymətli əşyalar oğurladığını bildirib.

Faktlarla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

F.Kərimovun Xətai, eləcə də paytaxt ərazisində başqa analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Son xəbərlər

Orphus sistemi