Avtobusda cibgirliklə məşğul olan şəxslər yaxalanıb

Avtobusda cibgirliklə məşğul olan şəxslər yaxalanıb Bakı. 8 noyabr. REPORT.AZ/ Bakıda ictimai nəqliyyatda, insanların sıx olduğu yerlərdə cibgirliklə məşğul olan, insanların pulunu, mobil telefonunu, eləcə də qiymətli əşyalarını oğurlayan paytaxt sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuşlar - Elnur Qurbanov və Elçin Əliyev Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıblar.
Hadisə
8 Noyabr , 2018 19:03
Avtobusda cibgirliklə məşğul olan şəxslər yaxalanıb

Bakı. 8 noyabr. REPORT.AZ/ Bakıda ictimai nəqliyyatda, insanların sıx olduğu yerlərdə cibgirliklə məşğul olan, insanların pulunu, mobil telefonunu, eləcə də qiymətli əşyalarını oğurlayan paytaxt sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuşlar - Elnur QurbanovElçin Əliyev Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıblar.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, araşdırma zamanı hər iki şəxsin əsasən 81 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobuslarında insanların sıx olduğu saatlarda cibgirliklə məşğul olduqları müəyyən edilib.

Faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Polis əməkdaşları saxlanılan şəxslərin digər cinayətlərdə də iştiraklarının istisna etmirlər. Həmin şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi