Avtobusda cibgirlik edən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb

Avtobusda cibgirlik edən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti iclası sentyabrın 30-na təyin edilib
Hadisə
21 Sentyabr , 2016 09:51
Avtobusda cibgirlik edən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 20 sentyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən oğurluqda təqsirləndirilən Zülfüqar Qədirov və Rüfət Hüseynovun barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqqiləşdirilib.

Məhkəmənin növbəti iclası sentyabrın 30-na təyin edilib.

Qeyd edək ki, Binəqədi şosesi, dön 1 ünvanında 192 saylı xətt avtobusunda 2 nəfər naməlum şəxs Abşeron rayon sakini, 1962-ci il təvəllüdlü Telman Qasımzadənin cibindən 300 manatını oğurlayıb.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi və Baş Dövlət Yol Polisi İdarəsinin komendant bölüyü əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü R.Hüseynov və 1980-ci il təvəllüdlü Z. Qədirov tutulub. Saxlanılan şəxslərin hər ikisi eyni əmələ görə, əvvəllərdə məhkumluq həyatı yaşayıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Qədirov 6 il, R.Hüseynov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qaln məhkumlar apellyasiya şikayəti veriblər.

Son xəbərlər

Orphus sistemi