Piyadanı vurub öldürən avtobus sürücüsü 6 il müddətinə azadlıqdan məhrum edilib

Piyadanı vurub öldürən avtobus sürücüsü 6 il müddətinə azadlıqdan məhrum edilib Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bəxtiyar Həmzəliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
21 May , 2019 15:39
Piyadanı vurub öldürən avtobus sürücüsü 6 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bəxtiyar Həmzəliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə B.Həmzəliyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs olunub.

Xatırladaq ki, hadisə ötən il martın 19-u saat 12 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini B.Həmzəliyev idarə etdiyi “İsuzu” markalı xətt avtobusu ilə yolu keçən həmyerlisi Mehriban Ağaverdiyevanı vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi