Yuxarı

Bakı-Sumqayıt yolunda avtobus da daxil olmaqla 3 nəqliyyat vasitəsi toqquşub, xəsarət alanlar var - VİDEO

Avtobus da daxil olmaqla 3 nəqliyyat vasitəsi toqquşub

Bakı-Sumqayıt yolunda sərnişin avtobusu da daxil olmaqla 3 nəqliyyat vasitəsi toqquşub.

Şahidlərin “Report”a verdiyi məlumata görə, hadisə Sumqayıt şəhərinin girişində qeydə alınıb.

Belə ki, 90 PD 038 dövlət qeydiyyatı nişanlı “Hyundai” markalı minik avtomobili 90 AM 802 dövlət qeydiyyatı nişanlı yük maşını ilə toqquşub. Daha sonra “Hyundai” Sumqayıt istiqamətində hərəkət edən Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus 50 AE 730 dövlət qeydiyyatı nişanlı ISUZU markalı sərnişin avtobusuna dəyib. 

Hadisə nəticəsində əzilən “Hyundai”in sürücüsü və sərnişini xəsarət alaraq təcili yardım maşını ilə xəstəxanaya aparılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi