Avstriyalı atlet Vanessa Sahinoviçin vəziyyəti sabitdir

Avstriyalı atlet Vanessa Sahinoviçin vəziyyəti sabitdir İdmançının müalicəsi hələ bir neçə həftə xəstəxana şəraitində davam etdirilməlidir
Hadisə
21 İyun , 2015 04:21
Avstriyalı atlet Vanessa Sahinoviçin vəziyyəti sabitdir

Bakı. 21 İyun. REPORT.AZ/ İyunun 11-də birinci Avropa Oyunlarının Atletlər Kəndində baş vermiş qəza nəticəsində xəsarət alan avstriyalı idmançı Vanessa Sahinoviçin vəziyyəti sabitdir və onun müalicəsi davam etdirilir.

"Report"un AZƏRTAC-a istinadən verdiyi məlumata görə, bu fikirləri Vyana Dunay Xəstəxanasının travmatologiya şöbəsinin rəhbəri Mehdi Musavi Avstriya teleradiosuna (ORF) müsahibəsində bildirib.

V.Sahinoviçin bir neçə sümük sınığı diaqnozu ilə xəstəxanaya qəbul edildiyini və onun üzərində təcili cərrahiyyə əməliyyatının aparıldığını qeyd edən M.Musavi deyib ki, idmançının müalicəsi hələ bir neçə həftə xəstəxana şəraitində davam etdirilməlidir.

Son xəbərlər

Orphus sistemi