Avstriya atletlərinin avtobusla vurulmasına görə tutulan polis əməkdaşının cəzası azaldılıb

Avstriya atletlərinin avtobusla vurulmasına görə tutulan polis əməkdaşının cəzası azaldılıb Bakı. 2 fevral. REPORT.AZ/ Ali Məhkəmədə I Avropa Oyunlarının Atletlər kəndinin nəqliyyat deposunda Avstriya yığmasının atletlərinin avtobusla vurulması ilə bağlı tutulan Təhlükəsiz şəhər kamerasının operatoru Elçin Həsənovun kassasiya şikayəti ilə üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
2 Fevral , 2018 14:26
Avstriya atletlərinin avtobusla vurulmasına görə tutulan polis əməkdaşının cəzası azaldılıb

Bakı. 2 fevral. REPORT.AZ/ Ali Məhkəmədə I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda Avstriya yığmasının atletlərinin avtobusla vurulması ilə bağlı tutulan "Təhlükəsiz şəhər" kamerasının operatoru Elçin Həsənovun kassasiya şikayəti ilə üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, E.Həsənovun 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib.

Qeyd edək ki, 2015-ci il iyun ayının 11-də, I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub.

Hadisədən sonra avtobusun sürücüsü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov və "Təhlükəsiz şəhər” kamerasının operatoru E.Həsənov tutulublar. NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov isə işlə bağlı istintaqa cəlb olunsa da, barəsində həbs qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb.

V.Əhmədova qarşı Cinayət Məcəlləsinin (CM) 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H.Salmanov və E.Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F.Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Salamovun ittiham olunduğu CM 308.1-ci (vəzifə səlahiyyətindən sui-istifadə olunma) maddəsi həmin məcəllənin 314.2-ci (səhlənkarlıq) maddəsinə tövsif edilib. H.Salamov və V.Əhmədov 3 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxsin cəzalarını Məntəqə Tipli Cəzacəkmə Müəssisəsində çəkməsi barədə qərar qəbul olunub.

E.Həsənov 4 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Digər təqsirləndirilən F.Əmiraslamovun barəsində CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il 11 ay 28 gün müddətinə şərti cəza verilib. Hökmdən narazı qalan təqirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi isə şikayəti təmin etməyib. Daha sonra E.Həsənov Ali Məhkəməyə müraciət edib.

Son xəbərlər

Orphus sistemi