Bakı. 21 dekabr. REPORT.AZ/ Avstraliyanın Melburn şəhərində piyadaların üzərinə avtomobil sürən şəxs ruhi xəstəlikdən əziyyət çəkirmiş.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu haqda Avstraliya polisi bildirib.
O, Əfqanıstan əsilli Avstraliya vətəndaşıdır.
Polisin məlumatına görə, sürücü saxlanılıb və xəstəxanaya yerləşdirilib. O, narkotik maddə qəbul edirmiş və polis idarəsində qeydə alınıbmış.
Hadisə terror aktı olaraq dəyərləndirilməyib.
Qeyd edək ki, Melburnun mərkəzində baş verən hadisə nəticəsində biri uşaq olmaqla 19 nəfər xəsarət alıb. Uşağın və xəsarət alan digər vətəndaşların vəziyyəti ağırdır.