Avropa Şurasının baş katibi azərbaycanlı məcburi köçkünlərin məsələsinin həll edilməməsini pisləyib

Avropa Şurasının baş katibi azərbaycanlı məcburi köçkünlərin məsələsinin həll edilməməsini pisləyib Strasburq. 22 yanvar. REPORT.AZ/ Avropa Şurasının baş katibi Torbyorn Yaqland Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında çıxışı zamanı Ermənistanın işğalı altındakı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayondan olan azərbaycanlı məcburi köçkünlərin məsələsinin fövqəladə ciddi olduğunu bildirib.
Hadisə
22 Yanvar , 2019 20:54
Avropa Şurasının baş katibi azərbaycanlı məcburi köçkünlərin məsələsinin həll edilməməsini pisləyib

Strasburq. 22 yanvar. REPORT.AZ/ Avropa Şurasının baş katibi Torbyorn Yaqland Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında çıxışı zamanı Ermənistanın işğalı altındakı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayondan olan azərbaycanlı məcburi köçkünlərin məsələsinin fövqəladə ciddi olduğunu bildirib.

“Report“un Qərbi Avropa bürosu xəbər verir ki, T.Yaqland Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, deputat Rafael Hüseynovun Azərbaycanın işğal olunmuş ərazilərindən bir milyon məcburi köçkünün məsələsinə dair sualına cavab olaraq bu məsələnin bu günə kimi həll edilməməsini pisləyib.

O bildirib ki, azərbaycanlı məcburi köçkünlərin hələ də öz doğma yurd-yuvalarına qayıtmaması təəssüf doğurur. 

Son xəbərlər

Orphus sistemi