Avropa Oyunları zolağına daxil olduğuna görə cərimələnən sürücülərin sayı açıqlanıb

Avropa Oyunları zolağına daxil olduğuna görə cərimələnən sürücülərin sayı açıqlanıb "Yol polisinin "saxla" əmrinə tabe olmayan sürücülər də var"
Hadisə
16 İyun , 2015 13:20
Avropa Oyunları zolağına daxil olduğuna görə cərimələnən sürücülərin sayı açıqlanıb

Bakı. 16 iyun. REPORT.AZ/ "Bakı 2015" ilk Avropa Oyunlarının iştirakçıları üçün nəzərdə tutulan yol zolaqlarına daxil olaraq qaydaları pozduğuna görə cərimələnən sürücülərin sayı açıqlanıb. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Vaqif Əsədov məlumat verib.  

O bildirib ki, mayın 29-dan iyunun 16-a qədər I Avropa Oyunlarının zolağına daxil olaraq qaydanı pozan 1800 sürücü barədə protokol tərtib edilib. 

V.Əsədovun sözlərinə görə, ilk Avropa Oyunlarının zolağı ilə hərəkət edən, lakin DYP əməkdaşlarının "saxla" əmrinə tabe olmayan sürücülər də var: "l Avropa Oyunlarında iştirak edən idmançıların, yarış iştirakçılarının, turistlərin və əhalinin təhlükəsizliyini təmin etmək, eyni zamanda tıxacların və sıxılığın yaranmaması üçün Bakı yollarında xüsusi Avropa Oyunları zolağı ayrılıb. Bu günə qədər həmin zolaqdan istifadə etdiyinə görə 1800 sürücüyə inzibati qaydada protokol tərtib edilib. Qaydaları pozaraq Avropa Oyunları zolağından istifadə edən və DYP əməkdaşlarının "saxla" əmrinə tabe olmayan sürüclər də var. Artıq bu istiqamətdə araşdırmalara başlamışıq və həmin sürücülərin məsuliyətə cəlb olunması istiqamətində işlər davam etdirilir".

Son xəbərlər

Orphus sistemi