​“Avropa” hotelində qətl hadisəsi törədən şəxslərin məhkəməsi keçirilib

​“Avropa” hotelində qətl hadisəsi törədən şəxslərin məhkəməsi keçirilib Hotelin barmeni Lalə Yaqubova ifadə verib
Hadisə
15 Sentyabr , 2015 17:43
​“Avropa” hotelində qətl hadisəsi törədən şəxslərin məhkəməsi keçirilib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Avropa" hotelində qətl hadisəsi törətməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Səbuhi Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər - Emil Həsənov, hotelin aerobika zalının qeydiyyat şöbəsinin işçisi Məlahət Ömərova və hoteldə barmen işləyən Lalə Yaqubova ifadə verib.

Məhkəmənin növbəti iclası sentyabrın 22-nə təyin edilib.

Xatırladaq ki, bu il aprelin 21-də "Avropa" hotelinin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri - "Zaminbank"ın Nəsimi filialının müdiri Azər Məmmədova ürək nahiyəsindən bir bıçaqla və otelin idman zalının qarışıq döyüş növləri üzrə məşqçisi Ruslan Əfəndiyevə isə döş qəfəsinin ön səthinin sol tərəfindən kəsilmiş 2 bıçaqla xəsarət yetirilib. A.Məmmədov hadisə yerində ölüb, R.Əfəndiyev isə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən Sənan Quliyev və onun dostu Mövlud Səfərov tutulub.

S.Quliyev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 221-ci (xuliqanlıq), M.Səfərov isə 221-ci maddə üzrə təqsirləndirilir.

Qeyd edək ki, hazırıq iclasında təqsirləndirilən M.Səfərovun vəkilinin cinayət işinə xitam verilməsi, onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi barədə qaldırdığı vəsatətlər müzakirə edilib. Məhkəmə vəsatətləri təmin etməyib. 

Son xəbərlər

Orphus sistemi