​"Avropa" hotelində baş verən qətl hadisəsinin videogörüntüləri yayılıb - VİDEO

​"Avropa" hotelində baş verən qətl hadisəsinin videogörüntüləri yayılıb - VİDEO İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq
Hadisə
24 Mart , 2016 09:52
​Avropa hotelində baş verən qətl hadisəsinin videogörüntüləri yayılıb - VİDEO

Bakı. 24 mart. REPORT.AZ/ Vəkil Cavid Rzazadə ötən il "Avropa" hotelində baş verən qətl hadisəsinin videogörüntülərini yayıb.
"Report" həmin görüntüləri təqdim edir.

Qeyd edək ki, 2015-ci ilin aprel ayının 21-də "Avropa" hotelinin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri - "Zaminbank"ın Nəsimi filialının müdiri Azər Məmmədova ürək nahiyəsindən və otelin idman zalının qarışıq döyüş növləri üzrə məşqçisi Ruslan Əfəndiyevə isə döş qəfəsinin ön səthinin sol tərəfindən bıçaqla xəsarət yetirilib. A.Məmmədov hadisə yerində ölüb, R.Əfəndiyev isə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən Sənan Quliyev və onun dostu Mövlud Səfərov tutulub.

S.Quliyev və M.Səfərov Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə, 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə), 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə, 120.2.2-ci (qəsdlə adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə, 120.2.3-cü (qəsdlə adam öldürmə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) maddələrilə ittiham ediliblər.

2016-cı ilinin yanvar ayının 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Quliyev ömürlük, M.Səfərov isə 20 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan M.Səfərovun vəkili Cavid Rzazadə və S.Quliyevin hüquqlarını müdafiə edən Vasif İsrafilov apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi