"Avis"in direktoru barəsində həbs qətimkan tədbiri seçilib

"Avis"in direktoru barəsində həbs qətimkan tədbiri seçilib Elmir Məhərovu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları həbs ediblər
Hadisə
29 Yanvar , 2016 19:17
Avisin direktoru barəsində həbs qətimkan tədbiri seçilib

Bakı. 29 yanvar. REPORT.AZ/ Bu gün Binəqədi Rayon Məhkəməsində "Avis" Tibbi Marketinin direktoru Elmir Məhərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılıb.

"Report"un əldə etdiyi məlumata görə, məhkəmə E.Məhərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, E.Məhərovu ötən gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları həbs ediblər. 

O, Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui‐istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaq) və 200.1-ci (istehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlar, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, "Avis" Tibbi Marketlər şəbəkəsi Azərbaycanda 1998-ci ilin yanvar ayından fəaliyyətə başlayıb. Həmin ildə şəbəkənin ilk şöbəsi olan “İstanbul” apteki açılıb. 8 il ərzində isə şirkətin Bakıdakı apteklərinin sayı 10-a çatıb.  

Son xəbərlər

Orphus sistemi