Yuxarı

"Atlas" klinikasının qarşısında keçmiş arvadını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

"Atlas" klinikasının qarşısında keçmiş arvadını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib
Məhkəmə hakim Ənvər Seyidovun icraatına verilib

Bakı. 2 avqust. REPORT.AZ/ Bakıda arvadını öldürməkdə təqsirləndirilən Rəşad İbrahimzadə cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə hakim Ənvər Seyidovun icraatına verilib.

Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası avqustun 13-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi bu il mayın 1-də Nərimanov rayonu ərazisində, "Şərq bazarı"nın yanındakı "Atlas" klinikasının qarşısında qətl törədilib.

Gəncə şəhər sakini R.İbrahimzadə qısqanclıq zəminində keçmiş arvadı Zəhra İbrahimovaya və onunla birgə olan tanışı, Bakı şəhər sakini Emil Əliyevə bıçaqla xəsarətlər yetirərək hadisə yerini tərk edib. Nəticədə Z.İbrahimova hadisə yerində ölüb, E.Əliyev isə xəstəxanaya yerləşdirilib.

Daha sonra hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı R.İbrahimzadə saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi