​“Atəşgah Sığorta”ya qarşı apellyasiya şikayətinə baxılıb

​“Atəşgah Sığorta”ya qarşı apellyasiya şikayətinə baxılıb Qətnamə iddianın təmin edilməsi hissəsində ləğv edilib
Hadisə
11 Noyabr , 2015 12:52
​“Atəşgah Sığorta”ya qarşı apellyasiya şikayətinə baxılıb

Bakı. 11 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində "Atəşgah Sığorta" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) "Bakı Fındıq Emalı" MMC-yə qarşı apellyasiya şikayəti üzrə məhkəmə işi başa çatıb.

"Report"un məlumatına görə, hakim Sərvət Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar çıxarılıb. Qərara əsasən, qətnamə iddianın təmin edilməsi hissəsində ləğv edilib, həmin hissədə iddia qismən təmin edilib, qalan hissədə isə təmin edilməyib.

Qeyd edək ki, bu il "Bakı Fındıq Emalı" "Atəşgah Sığorta" şirkətini məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən "Bakı Fındıq Emalı" müqavilənin ləğv edilməsi, sığorta haqqının qaytarılması, zərərin əvəzinin cavabdehdən tutulması barədə tələb irəli sürüb. Məhkəmə iddianı qismən təmin edib. Qərardan narazı qalan sığorta şirkəti isə apellyasiya şikayəti verib.  

Son xəbərlər

Orphus sistemi