Yuxarı

Atasına 8 bıçaq zərbəsi vuran oğlanın məhkəməsi bu həftə başlayır

İşə hakim Əhməd Quliyevin sədrliyi ilə baxılacaq

Bakı. 7 mart. REPORT.AZ/ Bakıda atasını bıçaqlamaqda təqsirləndirilən 2000-ci il təvəllüdlü Samid Məmmədovun cinayət işi üzrə məhkəməsinin vaxtı açıqlanıb.

“Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək cinayət işi üzrə hazırlıq iclası martın 10-na təyin edilib.

İşə hakim Əhməd Quliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə 2015-ci ilin iyul ayının 25-də gecə saat 23:00 radələrində Binə qəsəbəsi Südçülük sovxozunda baş verib. 2000-ci il təvəllüdlü Samid Məmmədov atası Ağarəhim Rəhimovu bıçaqlayıb.

Belə ki, S.Məmmədov evə sərxoş vəziyyətdə gələn atası A.Rəhimovun bacısı Şəlalə Məmmədovanı əsassız yerə danlamasını, daha sonra sillə vurmasını qəbul etməyib. Buna əsəbləşən S.Məmmədovla atası arasında münaqişə baş verib. Nəticədə o, mətbəx bıçağı ilə A.Rəhimovun bədəninə 8 bıçaq zərbəsi endirib. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına vaxtında çatdırılıb. A.Rəhimova tibbi yardım göstərildiyindən, onun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120-1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi