Yuxarı

​“AtaBank” ASC-nin Müşahidə Şurasının üzvü dünyasını dəyişib - FOTO

Rövşən Həsənov müxtəlif kommersiya banklarında bir sıra vəzifələrdə çalışıb

Bakı. 27 avqust. REPORT.AZ/ “AtaBank” ASC-nin Müşahidə Şurasının üzvü Rövşən Həsənov dünyasını dəyişib. Bu barədə “Report”a bankdan məlumat verilib.

Qeyd edək ki, R.Həsənov D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq Təsərrüfatın iqtisadiyyatı və planlaşdırılması fakültəsini bitirib. Əmək fəaliyyətinə 1987-ci ildə Sənaye Tikinti Bankında Mühasib vəzifəsində başlayıb və 1987-1989-cü illərdə respublikada fəaliyyət göstərən kommersiya banklarında bir sıra vəzifələrdə çalışıb. 1989-1991-ci illər ərzində Maliyyə Nazirliyində Tikinti Kompleksinin maliyyələşdirilməsi şöbəsinin böyük iqtisadçısı, daha sonra isə Tikinti Kompleksinin Nəqliyyatın və rabitənin maliyyələşməsi şöbəsində II dərəcəli iqtisadçı vəzifəsini tutub. 1991-2000-ci illər ərzində özəl sektorda çalışıb. 2002-2004-cü illərdə Birləşmiş Universal Səhmdar Bankında Strategiya və proqnozlaşdırma Departamentinin baş iqtisadçısı sonra isə Əməliyyat Departamentinin Xəzinədarlıq Əməliyyatları şöbəsinin rəisi qismində çalışıb. 2004-2007-ci illərdə “KapitalBank” ASC-də Nağd vəsaitlərlə iş Departamentinin Nağd vəsaitlərin dövriyyəsi şöbəsinin rəisi vəzifəsini tutub. R.Həsənov 2007-ci ildən dünyasını dəyişənə qədər “AtaBank” ASC-nin Müşahidə Şurasının üzvü olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi