Astarada yol qəzasına düşən ailənin daha bir üzvü ölüb

Astarada yol qəzasına düşən ailənin daha bir üzvü ölüb Astara rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan ailə üzvlərindən daha biri xəstəxanda ölüb.
Hadisə
3 İyun , 2019 10:00
Astarada yol qəzasına düşən ailənin daha bir üzvü ölüb

Astara rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan ailə üzvlərindən daha biri xəstəxanda ölüb.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, qəzadan sonra reanimasiya şöbəsinə yerləşdirilən Lerik rayonunun Kaqoy kənd sakini, 1974-cü il təvəllüdlü Səringül Cəlal qızı Səfərova bu gün Lənkəran Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, hadisə Astara rayonunun Taxtanakəran kəndi ərazisində baş vermişdi. Lerik rayonu Kaqoy kənd sakini, 1981-ci il təvəllüdlü Nazim Həzrət oğlu Şahmuradov idarə etdiyi "Niva" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək dağlıq-meşəlik ərazidə yoldan çıxaraq dərəyə aşıb. 

Hadisə zamanı sürücü və bir ailənin 4 üzvü ağır bədən xəsarətləri ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin 2004-cü il təvəllüdlü Aytəkin Əbülfət qızı Səfərovanın həyatını xilas etmək mümkün olmayıb.

Hazırda 1970-ci il təvəllüdlü Əbülfət Nurməmməd oğlu Səfərov, 2004-cü il təvəllüdlü Aytac Əbülfət qızı Səfərova və sürücü 1981-ci il təvəllüdlü Nazim Həzrət oğlu Şahmuradovun müalicəsi davam etdirilir. yaralıların vəziyyətləri orta-ağır qiymətləndirilir.

Hadisəyə nəqliyyat vasitəsində əyləc sisteminin sıradan çıxmasının səbəb olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi