Astarada ziyanverici həşəratlar arıçılığa ciddi ziyan vurub

Astarada ziyanverici həşəratlar arıçılığa ciddi ziyan vurub Təsərrüfatların bəzilərində arı ailələri tamamilə tələf olub
Hadisə
1 Aprel , 2017 14:42
Astarada ziyanverici həşəratlar arıçılığa ciddi ziyan vurub
Report.az

Astara. 1 aprel. REPORT.AZ/ Astara rayonunda ziyanverici həşəratlar arıçılıq təsərrüfatlarına ciddi ziyan vurub.

Bu barədə "Report"un Cənub bürosuna Astara Arıçılar Cəmiyyətinin sədri Arif Nəzərov məlumat verib.

Onun sözlərinə görə, rütubətli iqlim ziyanverici həşəratların daha geniş yayılmasına səbəb olub: "Rayon ərazisində arıçılıq təsərrüfatlarına ciddi ziyan dəyib. Təsərrüfatların bəzilərində arı ailələri tamamilə tələf olub. Bu da məhsuldarlığın az olacağından xəbər veir. Əgər ciddi addımlar atılmasa və ya profilaktik tədbirlər görülməsə, bu sahədə vəziyyət daha da pisləşəcək. Məhsuldarlığın az olması isə qiymət artımı ilə nəticələnəcək".

Fermer Tərlan Salayev deyib ki, saxladığı 70 arı ailəsindən 25-i xəstəlik səbəbindən tələf olub. 

Fermerlər daha çox ziyanverici həşəratların qarşısını tam alacaq dərmanın olmamasından narahatdırlar.

Son xəbərlər

Orphus sistemi