Astarada yük maşını aşıb, ölən var

Astarada yük maşını aşıb, ölən var Astara rayonunda yol qəzası olub.
Hadisə
9 Aprel , 2021 12:54
Astarada yük maşını aşıb, ölən var

Astara rayonunda yol qəzası olub.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə rayonun Siyəkü kəndində baş verib.

Belə ki, mişar daşı ilə dolu olan “KamAZ” markalı yük maşınının sürücüsü, rayonun Vaqo kənd sakini, 1964-cü il təvəllüdlü Vüqar Xankişi oğlu Aslanov yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə yük maşını aşıb, bortda olan Sahil Səfərəli oğlu Vəliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi