Astarada yol qəzasında 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB-2 - FOTO

Astarada yol qəzasında 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB-2 - FOTO Astara. 12 fevral. REPORT.AZ/ Astara rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan daha bir nəfər ölüb.
Hadisə
12 Fevral , 2018 17:27
Astarada yol qəzasında 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB-2 - FOTO
Report

Astara. 12 fevral. REPORT.AZ/ Astara rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan daha bir nəfər ölüb.

"Report"un yerli bürosu xəbər verir ki, "VAZ-2106" markalı avtomobilin sürücüsü, 1978-ci il təvəllüdlü Rasim Rafiq oğlu Məmmədov yerləşdirildiyi xəstəxanada ölüb.


***16:38

Astara. 12 fevral. REPORT.AZ/ Astarada ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var.

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Vaqo kəndi ərazisində "VAZ-2107" və "VAZ-2106" markalı avtomobillər toqquşub. 

Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan ikisi - 1963-cü il təvəllüdlü Abbas Məhəmməd oğlu Fərziyev və Rasim Rafiq oğlu Məmmədov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, yol qəzası zamanı xəsarət alan daha bir nəfər təcili tibbi yardım maşını ilə xəstəxanaya gətirlir. 


***16:26

Astara. 12 fevral. REPORT.AZ/ Astara rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, rayonun Miki kənd sakini, 1964-cü il təvəllüdlü Cabbar Nəsirov yol qəzasında ağır bədən xəsarətləri alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilərkən yolda ölüb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi