Astarada sükan arxasında ürəktutmadan dünyasını dəyişən şəxsin adı məlum olub - YENİLƏNİB

Astarada sükan arxasında ürəktutmadan dünyasını dəyişən şəxsin adı məlum olub - YENİLƏNİB Bu, Təbriz şəhərində doğulmuş 1977-ci il təvəllüdlü Seyid Məhəmməd Reyhani Seyid Mirkazım oğludur
Hadisə
5 İyul , 2017 18:38
Astarada sükan arxasında ürəktutmadan dünyasını dəyişən şəxsin adı məlum olub - YENİLƏNİB
Report.az

Astara. 5 iyul. REPORT. AZ/ Astarada yol qəzası törədən və hadisə yerində dünyasını dəyişən şəxsin adı məlum olub.

"Report"un Cənub bürosu xəbər verir ki, bu, Təbriz şəhərində doğulmuş 1977-ci il təvəllüdlü Seyid Məhəmməd Reyhani Seyid Mirkazım oğludur.

Ümumiyyətlə, "39 b 59710" dövlət nömrə nişanlı maye-qaz daşıyan sisterna yük maşını aşandan sonra yolun kənarındakı gözəllik salonunu dağıdıb. Salonun içərisində 3 nəfər olsa da, onlar xəsarət almayıblar. 

Bundan əlavə, 10 min kVt-lıq elektrik dirəyi sıradan çıxıb və nəticədə yüksəkgərginlikli elektirik xətlərinə ziyan dəyib. 

***17:49

Astara. 5 iyul. REPORT. Astarada ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, "Volvo" markalı yük maşını Astara-Şahağacı yolunda aşıb. 

Sürücünün ürəktutmadan halı pisləşib, nəticədə o, idarəetməni itirərək yoldan çıxıb.

Hazırda FHN-in xilasediciləri deformasiyaya uğramış avtomaşının içərisindən sürücünü çıxarmağa çalışırlar.

İran vətəndaşı olan sürücünün şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi