Astarada su anbarında üç aylıq körpənin meyiti aşkarlanıb

Astarada su anbarında üç aylıq körpənin meyiti aşkarlanıb Astara rayonunun Kijəbə qəsəbəsi ərazisindəki su anbarında üç aylıq körpənin meyiti aşkarlanıb.
Hadisə
17 Dekabr , 2021 09:33
Astarada su anbarında üç aylıq körpənin meyiti aşkarlanıb
0 : 00
0 : 00

Astara rayonunun Kijəbə qəsəbəsi ərazisindəki su anbarında üç aylıq körpənin meyiti aşkarlanıb.

"Report"un Cənub Mərkəzinin xəbərinə görə, körpənin anbarda bir neçə gün qaldığı ehtimal edilir.

Hələlik hadisənin təfərrüatı məlum deyil.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”a bildirilib ki, faktla bağlı araşdırmalara başlanılıb, ictimaiyyətə ətraflı məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi