Astarada su anbarında batan 27 yaşlı gəncin cəsədi tapılıb

Astarada su anbarında batan 27 yaşlı gəncin cəsədi tapılıb Mərhumun cəsədini FHN-in dalğıc axtarış qrupu çıxararaq aidiyyəti üzrə təhvil verib
Hadisə
3 İyul , 2015 17:07
Astarada su anbarında batan 27 yaşlı gəncin cəsədi tapılıb

Bakı. 3 iyul. REPORT.AZ/ Astara rayonu ərazisində yerləşən, Lövayin su anbarının ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 50 km aralı, nəzarətsiz ərazidə) 1988-ci il təvəllüdlü, Nəhlətov Polad Orucəli oğlu suda batıb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, FHN-in dalğıc axtarış qrupu P.Nəhlətovun cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil verib. 

Son xəbərlər

Orphus sistemi