Astarada reyd zamanı 30 sürücü inzibati məsuliyyətə cəlb olunub - FOTO - VİDEO

Astarada reyd zamanı 30 sürücü inzibati məsuliyyətə cəlb olunub - FOTO - VİDEO Rayon ərazisində qanunsuz sərnişindaşıma ilə bağlı reyd keçirilib
Hadisə
29 may 2017 15:14
Astarada reyd zamanı 30 sürücü inzibati məsuliyyətə cəlb olunub - FOTO - VİDEO
Report.az

Astara. 29 may. REPORT.AZ/ Astarada rayon Polis şöbəsinin Dövlət Yol Polisi əməkdaşları tərəfindən minik nəqliyyat vasitələrinin qeyri-qanuni sərnişindaşımaları ilə əlaqədar reyd keçirilib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, şəhərin mərkəzi Heydər Əliyev prospektində və Ələt-Astara magistralının 244 km-də iki saat ərzində aparılan yoxlamalar zamanı 100-dək nəqliyyat vasitəsinə saxlanılaraq baxış keçirilib.

Əsas məqsəd sərnişindaşıma xidməti ilə məşğul olan sürücülərdən nəqliyyat vasitələrinin texniki cəhətdən nasaz vəziyyətdə idarə edənləri aşkar etmək olub. Bu zaman DYP əməkdaşlarına tabesizlik göstərən sürücülər də olub. Tabesizlik göstərən 4 sürücü, sərnişindaşıma qaydalarını kobud şəkildə pozan 15 sürücü və digər pozuntulara görə 11 sürücü barəsində protokol tərtib edilərək, inzibati məsuliyyətə cəlb olunub.

Son xəbərlər

Orphus sistemi