Yuxarı
    Bağlamaq

    Astarada Rusiyaya məxsus içərisində 19 ton tərəvəz olan yük maşını yanıb

    Faktla bağlı araşdırmalara başlanılıb

    Astara. 2 fevral. REPORT.AZ/ Astara rayonunda Rusiyaya məxsus içərisində 19 ton tərəvəz məhsulları olan yük maşını yanıb.

    "Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə ötən gecə Ələt-Astara magistralının rayonun Təngərüd kəndi ərazisində baş verib. 

    Belə ki, Rusiya vətəndaşı, Dağıstan Respublikasında yaşayan, 1966-cı il təvəllüdlü Hapışov Əli Fərhad oğlunun idarə etdiyi "Reno - TIR" markalı yük maşını hərəkətdə olarkən sürücü kabinəsində yanğın baş verib. Yanğın qısa zamanda bütün maşını bürüyüb. İçərisində 19 ton xiyar tərəvəzi yüklənmiş yük maşını yanğınsöndürənlər tərəfindən söndürülüb. Lakin, məhsulun böyük bir qismi zay olub. Avtomaşına və məhsulun sahibinə külli miqdarda ziyan dəyib. 

    Yanğının baş vermə səbəbi ekspertizanın araşdırmasından sonra məlum olacaq.

    Faktla bağlı araşdırmalara başlanılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi