Astarada qəza zamanı maşın yanıb, üç nəfər xəsarət alıb - YENİLƏNİB

Astarada qəza zamanı maşın yanıb, üç nəfər xəsarət alıb - YENİLƏNİB Astara. 21 oktyabr. REPORT.AZ/ Astara rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.
Hadisə
21 Oktyabr , 2018 13:56
Astarada qəza zamanı maşın yanıb, üç nəfər xəsarət alıb - YENİLƏNİB

Astara. 21 oktyabr. REPORT.AZ/ Astara rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, Astara şəhər sakini, 1995-ci il təvəllüdlü Fərid Fəqan oğlu Şərbətzadə idarə etdiyi avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili yolun kənarındakı maneəyə çırpılıb. Hadisə zamanı sürcü F.Şərbətzadə və avtomobildə olan 2 sərnişin, Astara şəhər sakinləri - 1995-ci il təvəllüdlü Ələkbər Fərhad oğlu Rəsulov və 1997-ci il təvəllüdlü Etibar Cəfər oğlu Cəfərzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

F.Şərbətzadə və Ə.Rəsulovun vəziyyətləri ağır olduğundan onları Lənkəran Rayon Mərkəzi Xəstəxanasına, digər yaralı E.Cəfərzadə isə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


*** 12:23

Astara. 21 oktyabr. REPORT.AZ/ Astara rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Şahağacı-Astara yolunun Şahağacı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı "10-RS-688" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini divara vurub. Bundan sonra maşında yanğın baş verib, avtomobil yanıb. Nəticədə sürücü və daha iki sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb. 

Yaralılarda ikisi Lənkəran Rayon Mərkəzi Xəstəxansına biri isə Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Şəmkir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Son xəbərlər

Orphus sistemi