Astarada qəza baş verib, DYP əməkdaşları ərazidən uzaqlaşmaq istəyən sürücünü saxlayıb

Astarada qəza baş verib, DYP əməkdaşları ərazidən uzaqlaşmaq istəyən sürücünü saxlayıb Yaralanan sürücünün vəziyyəti orta ağırdır
Hadisə
27 İyul , 2016 12:07
Astarada qəza baş verib, DYP əməkdaşları ərazidən uzaqlaşmaq istəyən sürücünü saxlayıb

Astara. 27 iyul. REPORT.AZ/ Astara-Bala Şahağacı yolunda qəza baş verib.

"Report"un Cənub bürosunun xəbərinə görə, hadisə yolun Böyük Şahağacı kəndindən keçən hissəsində qeydə alınıb.

28 yaşlı İqbal İbrahimovun idarə etdiyi "VAZ 21015" markalı avtomaşın yoldan çıxıb və çökək əraziyə düşüb. Hadisə şahidlərinin bildirdiyinə görə, arxadan gələn "Mercedes" markalı avtomaşın ötmə əməliyyatı aparmaq istəyərkən "VAZ 21015"i sağ tərəfdən vuraraq yoldan çıxarıb. Özü isə yoluna davam etmək istəyib. Təsadüfən ərazidən keçən DYP əməkdaşları "Mercedes"in sürücüsünün ərazidən uzaqlaşmasının qarşısını alıb.

Xəsarət alan Astara rayon Şahağacı kənd sakini İqbal İbrahimov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinələr zamanı onun sol dirsək və döş qəfəsində sınıqlar olduğu müəyyənləşdirilib. Travma şöbəsinə yerləşdirilən sürücünün vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi