Astarada qatar 28 yaşlı gənci vuraraq öldürüb - YENİLƏNİB

Astarada qatar 28 yaşlı gənci vuraraq öldürüb - YENİLƏNİB ​Hadisənin başvermə səbəbləri araşdırlır
Hadisə
10 Dekabr , 2018 22:58
Astarada qatar 28 yaşlı gənci vuraraq öldürüb - YENİLƏNİB

Astara. 10 dekabr. REPORT.AZ/ Astara rayonunda qatarın vuraraq öldürdüyü şəxsin gənc oğlanın adı məlum olub.

"Report"un Cənub bürosu xəbər verir ki, bu, rayonun Balaca Şahağacı kənd sakini, 1990-cı il təvəllüdlü Qəhrəmanov Tahir İbrahimağa oğludur. T.Qəhrəmanov hadisə yerində ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb edilib. Onun meyiti muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə yerləşdirilib. 

Hadisənin başvermə səbəbləri araşdırlır. 


*** 21:18

Astara. 10 dekabr. REPORT.AZ/ Astara rayonunda qatar yerli sakini vuraraq öldürüb.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Qamışovka kəndində baş verib.

Hadisə nəticəsində ağır bədən xəsarətləri alan gənc oğlan dünyasını dəyişib. Onun kimliyi dəqiqləşdirilir. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi