Astarada qadını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Astarada qadını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib Bu barədə Astara Rayon Prokurorluğundan məlumat verilib
Hadisə
269
7 May , 2021 16:12
Astarada qadını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Astara rayonunda qətl törədən şəxsin məhkəməsi başlayır.

Bu barədə "Report"a Astara Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 2020-ci ilin oktyabrın 1-də Astara rayon sakini Aslanova Rəhimə Ağacan qızının yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla müəyyən edilib ki, rayon sakini Rüstəm Heydərov qeyd edilən tarixdə quldurluq niyyəti ilə Rəhimə Aslanovanın yaşayış sahəsinə qanunsuz daxil olub, silah qismində istifadə etdiyi əşya ilə xüsusi amansızlıqla sonuncunu qəsdən öldürüb.

Rüstəm Heydərov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi