Astarada qadına qarşı soyğunçuluq edən şəxsdən narkotik götürülüb

Astarada qadına qarşı soyğunçuluq edən şəxsdən narkotik götürülüb Astarada qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb.
Hadisə
7 Dekabr , 2019 09:48
Astarada qadına qarşı soyğunçuluq edən şəxsdən narkotik götürülüb

Astarada qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

“Report”un Cənub Mərkəzinə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara şəhər sakini Fəqan Məmmədov mərkəzi bazar ərazisində rayonun Ərçivan qəsəbə sakini P.Zeynalovanın içərisində pul və mobil telefon olan çantasını alaraq qaçıb. 

Lakin faktı törədən şəxs çox da uzağa gedə bilməyib. 

Belə ki, F.Məmmədov ərazidə xidmət aparan Astara Rayon Polis Şöbəsinin (RPŞ) Post Patrul Xidməti tağımının əməkdaşları tərəfindən isti-izlərlə saxlanılıb. 

Polis şöbəsinə gətirilən həmin şəxsin üzərindən bir bükümdə narkotik vasitə olan heroin və soyğunçuluq yolu ilə əldə etdiyi 357 manat pul, “İphone” markalı mobil telefon aşkar edilərək götürülüb.

Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi