Yuxarı
    Bağlamaq

    Astarada qadın evində yanaraq ölüb

    Hadisə ötən gün axşam saatlarında baş verib

    Bakı. 15 dekabr. REPORT.AZ/ Astara rayonunun fərdi yaşayış evində yanğın baş verib.  

    "Report"un Cənub bürosunun məlumatına göər, hadisə rayonun Qamışovka kəndində qeydə alınıb. 

    Belə ki, həmin kəndin sakini 1931-ci il təvəllüdlü Nərgiz Ağahüseyn qızı İsgəndərovaya məxsus ev yanıb. hadisə yerinə Astra Dövlət Yanğınmdan Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.  Ümumi sahəsi 135 kvadratmetr olan olan birmərtəbəli 3 otaqlı evin 2 otağı əşyaları ilə birlikdə yanaraq kül olub. 

    Yanğının kəşfiyyatı zamanı ev sahibi N.İsgəndərovanın meyitini aşkar edərək aidiyyəti üzrə təhvil verilib. 

    Faktla bağlı araşdırmalara başlanılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi