Astarada piyadanı maşın vuraraq öldürüb - YENİLƏNİB

Astarada piyadanı maşın vuraraq öldürüb - YENİLƏNİB Yaralının həyatını xilas etmək mümkün olmayıb
Hadisə
9 Aprel , 2017 23:36
Astarada piyadanı maşın vuraraq öldürüb - YENİLƏNİB

Bakı. 9 aprel. REPORT.AZ/ Astara rayonunda õlümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, rayonun Giləkəran kənd sakini, 1982-ci il təvəllüdlü Sultanov İlkin Məhərrəm oğlu naməlum avtomobil tərəfindən vurulub.

Adının Elvin olduğu deyilən sürücü yaralını Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə üçün Lənkəran morquna təhvil verilib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi