Astarada parkda kişi meyiti tapılıb - YENİLƏNİB

Astarada parkda kişi meyiti tapılıb - YENİLƏNİB Onun alkoqollu içkinin təsirindən öldüyü müəyyən olunub
Hadisə
23 May , 2017 13:20
Astarada parkda kişi meyiti tapılıb - YENİLƏNİB

Astara. 23 may. REPORT.AZ/ Astarda parkda tapılan meyitin kimə məxsus olduğu məlum olub. 

"Report"un cənub bürosunun məlumatına görə, parkın ərazisində Astara şəhər sakini, 1955-ci il təvəllüdlü Feyruz Ələsgər oğlu Məmmədovun üzərində zorakılıq əlamətləri olmayan meyiti tapılıb.

Meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə yerləşdirilib.

İlkin məlumatlara görə, onun alkoqollu içkinin təsirindən öldüyü müəyyən olunub. 


***13:11

Astara. 23 may. REPORT.AZ/ Astara rayonunda naməlum kişi meyiti tapılıb.

"Report"un Cənub bürosunun məlumatına görə, meyit Astara şəhəri ərazisində yeləşən parkda aşkar edilib. 

Faktla bağlı Astara rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi