Astarada narkotik vasitələrin satışı ilə məşğul olan ata və oğul tutulub

Astarada narkotik vasitələrin satışı ilə məşğul olan ata və oğul tutulub Astara. 16 avqust. REPORT.AZ/ Astara rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan ata və oğul tutulub.
Hadisə
16 Avqust , 2018 16:24
Astarada narkotik vasitələrin satışı ilə məşğul olan ata və oğul tutulub

Astara. 16 avqust. REPORT.AZ/ Astara rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan ata və oğul tutulub.

Bu barədə "Report"un Cənub bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. 

Məlumatda bildirilib ki, Astara rayon Polis şöbəsinin (RPŞ) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçiriblər. 

Belə ki, Astara RPŞ-yə rayonun Şiyəkəran kənd sakinləri Habil Yusifov və oğlu Xaliq Yusifovun İran İslam Respublikasında əldə etdikləri külli miqdarda narkotik vasitələri ölkə ərazisinə keçirərək satışı ilə məşğul olmaları barədə məlumat daxil olub. 

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində H.Yusifov və X.Yusifov Astara sərhəd gömrük keçid məntəqəsindən keçdikdən sonra Astara şəhəri, Azərbaycan küçəsində saxlanılıb. Həkim briqadası ilə birgə keçirilən baxış zamanı H.Yusifovun daxili orqanlarından gömrük nəzarətindən gizli yolla ölkə ərazisinə gətirdikləri 2 bükümdə ümumi çəkisi 50 qram olan narkotik vasitə olan heroin və 1 büküm də 11 ədəd metadon dərman preparatları aşkar edilərək götürülüb.

Faktla bağlı Astara RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi