Yuxarı

Astarada narkotik vasitə satan şəxslər saxlanılıblar

Astarada narkotik vasitə satan şəxslər saxlanılıblar

32

Astara sakinlərindən külli miqdarda narkotik vasitə götürülüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini K.Əlizadə narkotik vasitə olan heroin satarkən saxlanılıb. 

Şəxsi axtarış zamanı ondan 0,228 qram heroin götürülüb.

Polis əməkdaşları tərəfindən narkotik vasitəni ona satan həmyerlisi N.İmaməliyev də müəyyən edilərək tutulub, ondan 0,240 qram heroin götürülüb.

Davam etdirilən tədbirlərlə N.İmaməliyevin narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə şəhər sakini, əvvəllər məhkum olunmuş V.Malikov da saxlanılıb. Şəxsi axtarış zamanı ondan 0,327 qram heroin, yaşadığı evdən isə 910 qram (ağ) civə aşkar edilərək götürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi