Astarada narkotacir saxlanıldı

Astarada narkotacir saxlanıldı Astarada üzərində heroin və elektron tərəzi gəzdirən narkotacir saxlanılıb.
Hadisə
225
26 May , 2020 10:19
Astarada narkotacir saxlanıldı

Astarada üzərində heroin və elektron tərəzi gəzdirən narkotacir saxlanılıb.

Bu barədə "Report"un Cənub Mərkəzinə DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Ərçivan qəsəbəsinin sakinləri, əvvəllər məhkum olunmuş Ceyhun Nəsirovİsrafil Nəsirov saxlanılıblar. Şəxsi axtarış zamanı C.Nəsirovun üzərində daşıdığı əl çantasından 13 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi, İ.Nəsirovdan isə bir bükümdə heroin aşkarlanaraq götürülüb. 

Araşdırmalarla C.Nəsirovun narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından qaçaqmal yolu ilə əldə etdiyi və satışını təşkil etmək üçün üzərində gəzdirdiyi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi