Astarada motosiklet piyadanı vurub

Astarada motosiklet piyadanı vurub Astarada motosiklet piyadanı vurub.
Hadisə
10 Fevral , 2022 12:10
Astarada motosiklet piyadanı vurub

Astarada motosiklet piyadanı vurub.

“Report”un Cənub Mərkəzinin verdiyi məlumata görə, hadisə şəhər ərazisində, “Gənclər Mərkəzi”nin yaxınlığında baş verib.

Belə ki, hərəkətdə olan motosiklet rayonun Rüdəkəran kənd sakini, 1998-ci il təvəllüdlü Anar İzzət oğlu Əhədzadəni vurub. Nəticədə piyada ağır xəsarət alıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan A.Əhədzadəyə bud sümüyünün sınığı diaqnozu qoyulub. Zəruri tibbi yardım edildikdən sonra o, travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi