Astarada məzar daşlarını sındıranlar polis tərəfindən saxlanılıb - FOTO

Astarada məzar daşlarını sındıranlar polis tərəfindən saxlanılıb - FOTO Hər iki şəxs Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub
Hadisə
13 Aprel , 2016 20:27
Astarada məzar daşlarını sındıranlar polis tərəfindən saxlanılıb - FOTO

Bakı. 13 aprel. REPORT.AZ/ Astaranın Şiyəkəran kənd qəbiristanlığında 20-yə yaxın məzar daşını sındıraraq yararsız hala salmaqda təqsirli bilinən şəxslərin kimliyi məlum olub.

"Report" xəbər verir ki, məzar daşlarını sındıran şəxslərin Babayev Firudin Eynulla oğlu və onun oğlu olması müəyyənləşdirilib.

Hər iki şəxs Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

Son xəbərlər

Orphus sistemi