Astarada mənzillərdən oğurluq edən şəxs saxlanılıb

Astarada mənzillərdən oğurluq edən şəxs saxlanılıb Bakı. 16 oktyabr. REPORT.AZ/ Astara rayonunda mənzillərdən oğurluq edən şəxs saxlanılıb.
Hadisə
16 Oktyabr , 2018 16:33
Astarada mənzillərdən oğurluq edən şəxs saxlanılıb
0 : 00
0 : 00

Bakı. 16 oktyabr. REPORT.AZ/ Astara rayonunda mənzillərdən oğurluq edən şəxs saxlanılıb.

Bu barədə "Report"un Cənub bürosuna DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. 

Belə ki, Astara şəhər sakini R.Heydərov yaşadığı evdən “Samsung” markalı mobil telefonun oğurlanması ilə bağlı rayon polis şöbəsinə müraciət edib. Aparılan araşdırmalarla oğurluğu törədən şəxsin əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunmuş rayonun Şahağacı kənd sakini Elçin Hüseynov olduğu müəyyən edilib və saxlanılaraq Astara RPŞ-yə gətirilib. Polis şöbəsində onun üzərinə keçirilən baxış zamanı 12 bükümdə ümumi çəkisi 1,5 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. 

E.Hüseynovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisində daha iki yaşayış evindən oğurluq etdiyi də məlum olub. Onun rayonun Qamışovka kəndindəki bir evdən 6000 manat dəyərində qızıl-zinət əşyaları, Astara şəhəri ərazisindəki digər mənzildən isə bir ədəd qızıl üzük oğurladığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi