Astarada maşın maneəyə çırpılıb, xəsarət alan var

Astarada maşın maneəyə çırpılıb, xəsarət alan var Astara. 5 fevral. REPORT.AZ/ Astara rayonunda sürücünün ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
5 Fevral , 2018 12:00
Astarada maşın maneəyə çırpılıb, xəsarət alan var
Report

Astara. 5 fevral. REPORT.AZ/ Astara rayonunda sürücünün ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Təngərüd kəndi ərazisində baş verib.

Belə ki, 22 yaşlı Adil Təyyar oğlu Məlikov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı maneəyə çırpıb. Hadisə zamanı avtomobil deformasiyaya uğrayıb və sürücü ağır vəziyyətdə avtomobildən çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, yaralı müayinə olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi