Astara rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə zamanı bir ailənin 4 üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar:
1983-cü il təvəllüdlü İlham Hüseyn oğlu Kərimov,
1991-ci il təvəllüdlü Cəmilə Heydər qızı Kərimova,
2013-cü il təvəllüdlü Amil İlham oğlu Kərimzadə,
1962-ci il təvəlüdlü Sənubər Qasım qızı Kərimova.
Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.
*** 23:16
Astara rayonunda yol qəzasında bir ailədən dörd nəfər xəsarət alıb.
"Report"un Cənub Mərkəzinin məlumatına görə, hadisə Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi yolunun Astara rayonu ərazisində baş verib.
İçərisində Şirvan şəhər sakinlərinin olduğu bildirilən "Mitsubishi" markalı avtomobil körpüdən aşıb. Nəticədə ikisi azyaşlı olmaqla dörd nəfər xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti daha ağır olan bir uşaq və ana Reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.