Astarada mal-qara oğurluğu ilə məşğul olan qohumlar yaxalanıb

Astarada mal-qara oğurluğu ilə məşğul olan qohumlar yaxalanıb Səkkiz baş qoyun oğurlayan rayon sakinləri həbs edilib
Hadisə
29 Avqust , 2015 22:58
Astarada  mal-qara oğurluğu ilə məşğul olan qohumlar yaxalanıb

Bakı. 29 avqust. REPORT.AZ/ Astara rayon Şahağac kəndinin iki sakini rayonun Şahağacı kəndində Mürsəlzadə Rövşən Yaşar oğluna məxsus fermadan yeddi baş qoyun oğurlayıblar. "Report"un məlumatına görə, oğurluq edən şəxslər Cabbarov Arif Xudayar oğlu ilə xalası oğlu Mirzəyev Şamxal Raqib oğlu olub.

Bununla kifayətlənməyən "işbazlar" qonşuları, həm də qohumları olan Hüseynova Fərqanə Rəhman qızının tövləsindən də bir baş qoyun oğurlayıblar.

Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində hər iki şəxs yaxalanıb. Barələrində həbs qəti imkan tədbiri seçilib. Onların digər cinayətlərdə iştirakının olub-olmadığı dəqiqləşdirilir.

Son xəbərlər

Orphus sistemi