Astarada karantini pozan çayxana sahibi və müştəriləri cərimələndi

Astarada karantini pozan çayxana sahibi və müştəriləri cərimələndi Astarada karantin rejiminin tələblərini pozaraq fəaliyyət göstərən çay evi aşkarlanıb.
Hadisə
306
21 Dekabr , 2020 12:47
Astarada karantini pozan çayxana sahibi və müştəriləri cərimələndi

Astarada karantin rejiminin tələblərini pozaraq fəaliyyət göstərən çay evi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının karantin rejim qaydalarının təmin olunması istiqamətində keçirdikləri növbəti tədbirlər zamanı şəhər ərazisində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çay evi aşkar edilib.

Həmin obyekti icarə əsasında işlədən şəxs və 4 nəfər müştəri polis şöbəsinə dəvət olunublar. Həmin şəxslərlərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.

Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Son xəbərlər

Orphus sistemi